"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşdi

"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşdi

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ölkəsinin "Flamurtari" komandasına keçib.

 

O, 2011-2017-ci illər aralığında da bu komandanın uğurları üçün çalışıb və 2013/2014 mövsümündə Albaniya Kubokunu qazanıb.

 

Qeyd edək ki, Bruno Teluşi 2020/2021 mövsümündə "Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.


OXŞAR XƏBƏRLƏR