"Metodistlərin birbaşa direktor müavini təyin edilməsi..." - Ekspert etiraz etdi

"Metodistlərin birbaşa direktor müavini təyin edilməsi..." - Ekspert etiraz etdi

Metodistlərin birbaşa direktor müavini təyin edilməsi qanuna ziddir.

 

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

 

Onun sözlərinə görə, təhsil sistemində işə qəbul prosedurlarının şəffaf və qanuni qaydada həyata keçirilməsi, islahatların davamlılığı və təhsil müəssisələrinin idarə edilməsində ədalət prinsipinin qorunması üçün mühüm əhəmiyyət kəsb edir:

 

“Direktor və direktor müavini vəzifələrinə təyinatın müsabiqə əsasında həyata keçirilməsi Azərbaycan təhsilində son illərin ən müsbət dəyişikliklərindən biridir. Bu, yalnız peşəkar kadrların vəzifəyə gətirilməsini təmin etməklə yanaşı, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəlməsinə də xidmət edir. Lakin hazırda bəzi Regional Təhsil İdarələrinin ləğv edilən metodistləri heç bir müsabiqə olmadan orta məktəblərdə direktor müavini vəzifələrinə təyin etməsi ciddi qanun pozuntusudur və qəbulolunmazdır. Bu cür təyinatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə 16 və 77), işə qəbul prosesində bərabərlik və şəffaflıq təmin edilməlidir. Həmçinin “Dövlət ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin və rəhbər vəzifəli şəxslərinin işə qəbul və iş yerinin dəyişdirilməsi qaydaları” haqqında Nazirlər Kabinetinin qərarında direktor və direktor müavini vəzifələrinə təyinat üçün müsabiqə proseduru nəzərdə tutulur. 

 

Bu qərara əsasən:

 

• Direktor və direktor müavinləri yalnız təsdiq olunmuş qaydalara uyğun olaraq müsabiqə yolu ilə işə qəbul edilməlidir.

• Vəzifəyə təyin olunma üçün müəyyən edilmiş kvalifikasiyalara və tələblərə cavab vermək mütləqdir.

 

Bu qanuni tələbləri nəzərə almadan, birbaşa təyinatlarla həyata keçirilən addımlar yalnız qanun pozuntusu deyil, həm də təhsildə idarəetmənin keyfiyyətinə mənfi təsir göstərə bilər. Belə hallarda ləğv olunan metodistlərin mövcud əmək haqqı problemlərinin həlli üçün alternativ həll yolları tapılmalı, lakin mövcud qaydalar pozulmamalıdır”.

 

K.Əsədov qeyd edib ki, bu məsələnin həlli üçün tədbirlərin görülməsi zəruridir:

 

“Öncəliklə qanunsuz təyinatlarla bağlı ciddi araşdırmalar aparılmalı, bu hallara yol verən şəxslər məsuliyyətə cəlb edilməlidir. Həmçinin onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə maddi stimullar və ya alternativ iş yerləri təmin edilməlidir. Direktor və direktor müavinləri vəzifələrinə təyinatların yalnız müsabiqə yolu ilə həyata keçirilməsi təmin olunmalıdır”.

 

Mütəxəssis sonda vurğulayıb ki, qanunları bilməmək onların pozulmasına haqq qazandırmır:

 

“Təhsil sahəsində hüququn üstünlüyünü təmin etmək, mövcud islahatları davam etdirmək və təhsil idarəçiliyində şəffaflıq prinsiplərinə əməl etmək ən vacib hədəf olmalıdır. Qanun pozuntularına qarşı susmaq təhsildəki uğurları kölgə altına salmaq deməkdir. Bu istiqamətdə həm cəmiyyət, həm də aidiyyəti qurumlar daha aktiv olmalıdır”.

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...