AST Telmanın oğlu da müflis olub
Dünya
13:01 / 11.01.2017
1113
Rusiyada fəaliyyət göstərən BMW bank Dövlət dumasının sabiq deputatı Aleksey Mitrofanov və azərbaycanlı oliqarx Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunması ilə məhkəməyə ərizə verib.
Bu barədə AzVision.az `Vedemosti` nəşrinə istinadən xəbər verir ki, iddia tələbinin məbləği açıqlanmır.
"BMW Bank"ın nümayəndəsi şərh verməkdən imtina edib. Qəzetin araşdırmasına əsasən 2011-ci ilin sonuna A. Mitrofanovun "BMW-X6" və "BMW-750Li" avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız "BMW-750Li" markalı maşını qalıb.
Ə. İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.
Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı "BM-Bank"ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.
"BMW Bank" MMC "BMW Group" konserninə daxil olan Avstriyanın "BMW Оsterreich Holding GmbH" şirkətinin törəməsidir. Bank əsasən BMW-nin Rusiyadakı rəsmi dilerinin satdığı avtomobillərin kreditləşməsi ilə məşğuldur.