Poroşenko seçki istəyənləri TƏNQİD ETDİ: "Ukraynanı itirə bilərik"

Poroşenko seçki istəyənləri TƏNQİD ETDİ: "Ukraynanı itirə bilərik"

“Yaxın vaxtlarda Ukrayna ərazisində seçkilər keçirilməməlidir”.



Sfera.az bildirir ki, bunu Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko deyib. Bu barədə o, “Kanal 5” telekanalına müsahibəsində bildirib. Poroşenko qeyd edib ki, bu, dövləti zəiflədə bilər.



“Hakimiyyətə gəlmək istəyən bəzi uzaqgörən siyasətçilər başa düşmürlər ki, biz bu proseslərə görə Ukraynanı itirə bilərik”, - keçmiş prezident xəbərdarlıq edib.

 

Poroşenko seçkilərin bərpası tərəfdarlarını tənqid edərək, onları “Rusiyanın informasiya və psixoloji əməliyyatının yayıcıları” adlandırıb. Partiya lideri onu da vurğulayıb ki, gələn il sülhə nail olmaq üçün Ukrayna ABŞ və Avropa İttifaqının dəstəyini təmin etməlidir.



Qeyd edək ki, Ukrayna Konstitusiyasına uyğun olaraq, hərbi vəziyyət dövründə parlamentin səlahiyyət müddətinin uzadılması mümkündür. Lakin sənəddə prezidentin səlahiyyətlərinin uzadılması ilə bağlı müddəalar yoxdur.



Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...