“Bu gün ölənlərin nəşi Bakıya gətirilməyəcək” - AZAL RƏSMİSİNDƏN SON AÇIQLAMA

“Bu gün ölənlərin nəşi Bakıya gətirilməyəcək” - AZAL RƏSMİSİNDƏN SON AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktau şəhərində qəzaya uğrayan təyyarəsi ilə bağlı hazırda yaralıların və ya ölənlərin nəşinin Bakıya gətirilməsi planlaşdırılmır.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova deyib.

 

“Bu gün heç bir yaralı və ya şəxsin nəşi gətirilməyəcək. Rəsmi qurumlar araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə dəqiq məlumat təqdim edəcək”, - deyə N. Xəlilova bildirib.

 

N. Xəlilova əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailə üzvləri qan analizi üçün Baş Prokurorluğun korpusuna göndərilib: “Hazırda 14 nəfər orada müvafiq prosedurdan keçir”.

 

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı yaralılar və ölənlərin nəşi Bakıya gətirilməyəcək


OXŞAR XƏBƏRLƏR

Türkiyənin kurort bölgəsində zəlzələ olub

Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ...

"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"

Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı&quo...

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən fiziki şəxs Qasımova T...

Azər Qasımovun xanımı da işdən çıxdı

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.   Sfera.az Demokrat.az-a istinadən xəbə...

Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı - FOTO

Aparıcı,"ASAN Radio"nun direktoru Emin Müsəvi qızı Zemfira ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Mən və Zemfira - 29....

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.   Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib k...