İordaniya XİN Aktaudakı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

İordaniya XİN Aktaudakı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.

 

Bu barədə Sfera.az İordaniya XİN-in bu ölkənin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmiş bəyanatına istinadən xəbər verir.

 

"Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Azərbaycan hökumətinə və xalqına dəstək sözlərini ifadə edib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb", - bəyanatda bildirilib.


OXŞAR XƏBƏRLƏR