Məscidlərdə qəza qurbanlarının xatirəsi anılacaq

Məscidlərdə qəza qurbanlarının xatirəsi anılacaq

Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.

 

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.

 

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb. Prezident İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyənin kurort bölgəsində zəlzələ olub

Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ...

"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"

Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı&quo...

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən fiziki şəxs Qasımova T...

Azər Qasımovun xanımı da işdən çıxdı

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.   Sfera.az Demokrat.az-a istinadən xəbə...

Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı - FOTO

Aparıcı,"ASAN Radio"nun direktoru Emin Müsəvi qızı Zemfira ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Mən və Zemfira - 29....

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.   Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib k...