XİN təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI: "Vəziyyəti ağır olanlar var"

XİN təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI: "Vəziyyəti ağır olanlar var"

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir:

 

"Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür".

 

Əlavə edilib ki, təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var:

 

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb".

 

Məlumatda o da vurğulanıb ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

 

XİN həmçinin qəza ilə bağlı yaradılan qaynar xətt nömrələrini də paylaşıb:

 

AZAL

(+994) 12 5048280

(+994) 12 5048202

(+994) 12 5048203

 

Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu

+77087127016

 

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi

+7 7172 559621

+7 7292 319091


OXŞAR XƏBƏRLƏR

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilə...

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Abşeron yarıma...

Bakıda bu binalar söküləcək - TAPŞIRIQ VERİLDİ

xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə ke...

Bakı-İstanbul reysi niyə təxirə salındı? - SƏBƏB

6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb...

Müğənni Dilarə Kazımovanın maşında dəhşətli görüntüləri - VİDEO

Müğənni Dilarə Kazımova yeni klipi ilə gündəmə gəlmək istədi, amma bu dəfə səhnə performansı yox, təhlükəli davranışları ilə sosial medianı silkələyib.  ...

Bred Pittə ağır itki -FOTO

Hollivud ulduzu Bred Pittə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun anası Ceyn Etta Pitt vəfat edib. O, 84 yaşında dünyasını dəyi...