"Paşinyan koronavirusu bəhanə edir, bu, Rusiyanı boykot etməkdir" - ŞƏRH

"Paşinyan koronavirusu bəhanə edir, bu, Rusiyanı boykot etməkdir" - ŞƏRH

Bu gün Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) ənənəvi qeyri-rəsmi sammitini keçirir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə koronavirus testinin müsbət çıxması səbəbindən MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcəyini bildirib.

 

Mövzu ilə Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, koronavirusa yoluxduğunu bəhanə edib:

 

“Bir neçə gün bundan əvvəl, Moskvada Avrasiya ittifaqının sammitində Putin Paşinyanla görüşmədi. Göründüyü kimi, Paşinyan buna cavab olaraq Sankt-Peterburqa verməməklə cavab verdi. Ermənistan Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə getdikcə qatılmadan imtina edir. KTMT tədbirlərindən imtina edib, MDB boykot edir. Avrasiya İttifaqının sammitinə məhz öz iqtisadi maraqlarını təmin etmək üçün qatılır”. 

 

Onun sözlərinə görə, Ermənistan Rusiyanın moderator olduğu KTMT, MDB və Avrasiya İttifaqından çıxacaq:

 

“Bunun üçün ilk növbədə 2026-ci ildə növbəti dəfə seçkilərdə qalib gəldikdən sonra bu addımın atılması mümkündür. Təbii ki, Ermənistan rəhbərliyi ilk növbədə Rusiyanın Ukraynada məğlubiyyətini və Azərbaycanla sülh müqaviləsinin bağlanmasını gözləyir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Türkiyənin kurort bölgəsində zəlzələ olub

Türkiyənin Antalya vilayətində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ...

"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"

Müğənni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə 6,2 bal gücündə olan zəlzələdən danışıb.   Sfera.az xəbər verir ki, "Xəzər axşamı&quo...

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən fiziki şəxs Qasımova T...

Azər Qasımovun xanımı da işdən çıxdı

Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.   Sfera.az Demokrat.az-a istinadən xəbə...

Emin Musəvi qızının şəklini paylaşıb bu sözləri yazdı - FOTO

Aparıcı,"ASAN Radio"nun direktoru Emin Müsəvi qızı Zemfira ilə fotosunu paylaşıb. O, sosial şəbəkədə yayımladığı şəklinə "Mən və Zemfira - 29....

Konstitusiya Məhkəməsindən yeni qərar - Bu şəxslərin cəzası hesablanmayacaq

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.   Məhkəmənin mətbuat xidmətindən Sfera.az-a bildirilib k...