"Məktəblilərin və uşaqların “TikTok”a girişi məhdudlaşdırılsın" - TƏKLİF

"Məktəblilərin və uşaqların “TikTok”a girişi məhdudlaşdırılsın" - TƏKLİF

Son dövrlərdə sosial media, xüsusən “TikTok”, həm böyüklər, həm də şagirdlər arasında böyük populyarlıq qazanıb. Lakin təəssüflə qeyd etməliyik ki, bu platforma bəzən milli-mənəvi dəyərlərə zidd davranışların yayılmasına səbəb olur. Bununla belə, xüsusi diqqət tələb edən digər bir məsələ şagirdlərimizin bu platformalardan mütəmadi olaraq zərər görməsidir.

 

Bəs bu barədə hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Daxili İşlər Nazirliyinin bu məsələdə qanunauyğun addımlar atması təqdirəlayiqdir.

 

Onun sözlərinə görə, “TikTok” və digər sosial media platformaları təhsil və tərbiyəyə mənfi təsir edir, şagirdlərimizin vaxtını və enerjisini məhv edir.

 

Ekspert təklif edib ki, məktəblərdə sosial media istifadəsi ilə bağlı tənzimləyici qaydalar hazırlanmalıdır:

 

“Bundan əlavə, şagirdlərə rəqəmsal savadlılıq tədris edilməsi və zərərli məzmunların təsirlərindən qorunmaq üçün maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Həmçinin “TikTok” kimi platformaların məktəb yaşlı uşaqlar üçün məhdudlaşdırılması ilə bağlı konkret addımların atılması zəruridir”.

 

K.Əsədov sonda vurğulayıb ki, gələcəyimiz olan gənc nəslimizi qorumaq hər birimizin borcudur.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaşlı insanı 116 yaşında vəfat etdi

Dünyanın ən yaşlı insanı hesab edilən İnna Kanabarro Lukas 116 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə uzunömürlü insanl...

Trampdan ironik cavab: "Bəlkə də uşaqların kuklası azalacaq"

ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq etdiyi yüksək gömrük rüsumları ilə bağlı səslənən tənqidlərə ironik cavab verib.   Sfera.az “...

Maaşla bağlı yeni qərar kimlərə təsir edəcək? - RƏY

Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq. Bu qərar vətəndaşlar arasında müzakirələrə səbəb olub. &nb...

Azərbaycan Mərkəzi Bankı Eldar Quliyevi CƏRİMƏLƏDİ - SƏBƏB

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni ...

"Fənərbağça" 45 milyonluq hücumçu alır - FOTO

İstanbul nəhəngi "Fənərbağça" səs-küylü trasferə hazırlaşır.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, rəhbərlik ulduz...

ABŞ və Ukrayna arasındakı son saziş nə ilə nəticələnəck? - AÇIQLAMA

ABŞ Maliyyə Nazirliyi ABŞ və Ukrayna arasında iqtisadi tərəfdaşlıq sazişinin imzalandığını açıqlayıb.    Sfera.az xatırladır ki, müqaviləyə əsas...