Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng etdi


Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng etdi

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Bu barədə Sfera.az-a məlumat yayıb.

 

Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

İraq prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

 

Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

 

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşdı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın "Ludoqorets" və Macarıstanın "Ferentsvaroş" komandaları üz-üz...

Donald Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalıçacağıq

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib”.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ...

"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq

WhatsApp-a yeni bir funksiyanın - qonaq çatlarının əlavə olunacağı məlum olub. Bu funksiya insanlara WhatsApp hesabı olmadan da platforma üzərindən istifadəçilə...

Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın

Avqustun 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Abşeron yarıma...

Bakıda bu binalar söküləcək - TAPŞIRIQ VERİLDİ

xəbər verir ki, bu il iyulun 2-də Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə ke...

Bakı-İstanbul reysi niyə təxirə salındı? - SƏBƏB

6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb...