Bayramov Koreya səfirini son dəfə qəbul etdi -FOTO


Bayramov Koreya səfirini son dəfə qəbul etdi -FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonqu diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Bu barədə Sfera.az-a XİN-dən bildirilib.

 

Görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

 

C.Bayramov səfir Kim Tonq Opa ölkəmizdə diplomatik fəaliyyəti müddətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

 

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, investisiyalar, nəqliyyat-kommunikasiyalar, humanitar, təhsil, dövlət xidmətləri və s. istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyətinin müzakirə edildiyi görüş zamanı həmçinin, əlaqələrimizin inkişaf perspektivlərinin mövcudluğu vurğulanıb.

 

Xüsusilə peşə və ali təhsil istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

 

Azərbaycan və Koreyanın xüsusilə aidiyyəti qurumları arasında dövlət xidmətləri sahəsi üzrə daha geniş əməkdaşlıq imkanlarının mövcudluğu, ölkəmizin “ASAN xidmət” modeli ilə bu sahənin öncüllərindən biri kimi qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

 

Nazir ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.

 

Səfir Li İn-Yonq ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişafına ümidvar olduğunu qeyd edib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...