Eyfeldə texniki nasazlıq - Turistlər təxliyə edildi

18:00 / 24.12.2024
17395
Parisdə Eyfel qülləsinin personalı və turistlər təxliyə edilib.
Sfera.az xəbər verir ki, buna səbəb qüllədə yanğın əleyhinə siqnalizasiya sisteminin işə düşməsi olub.
Bildirilib ki, siqnalizasiya liftlərin elektrik naqillərində yaranan qısaqapanmaya görə işə düşüb.
Hazırda insidentin detalları araşdırılır. Qüllənin gün ərzində yenidən turistlər üçün açılacağı gözlənilir.