Saxlanılan tiktokerləri hansı cəza gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Saxlanılan tiktokerləri hansı cəza gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tədbirlər görür. Bu tədbirlər çərçivəsində  “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov, şairə İlhamə Elşadqızı digərləri saxlanılıblar.  

 

Maraqlıdır, həmin şəxsləri hansı cəzalar gözləyir? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Vəfa Xurşudova bildirib ki, əvvəla konkret hansı maddələrlə ittiham olunmaları haqqında məlumat ictimaiyyətlə paylaşılmalıdır. Lakin işin xarakteri və dövlət qurumları tərəfindən verilən rəsmi açıqlamalardan ehtimal olunan ittihamın İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi olması gözlənilir:

 

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Ancaq sözügedən maddədə  "ictimai qaydanı pozan" və "cəmiyyətə açıqca hörmətsizlik edən" ifadələri qeyri-müəyyən və şərhə açıq məfhumlardır. Bu səbəbdən, hansı hərəkətlərin məhz bu maddə ilə cəzalandırılacağını müəyyən etmək bəzən çətinlik yaradır. Bunu müəyyən etmək üçün Ali Məhkəmənin 23 mart 2004-cü ik tarixli 1 nömrəli Qərarına baxmaq lazımdır. Belə ki həmin qərarda qeyd olunub ki,  "cəmiyyətə açıqca hörmətsizlik etmə" dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür".

 

V.Xurşudova qeyd edib ki, hər bir şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan günahkar hesab edilə bilməz:

 

"Bu, təqsirsizlik prezumpsiyası prinsipidir və hüquqi dövlətin əsas prinsiplərindən biridir. Yəni nəticə olaraq, saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilərlər".

 

Hüquqşünasın sözlərinə görə, əgər bu hərəkətlər təkrarlanarsa və ya daha ağır formada törədilərsə, həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Lakin onların günahkarlığı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq oluna bilər.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Suriya potensial layihələri müzakirə etdi - FOTO

Azərbaycan və Suriya arasında potensial layihələrin müzakirəsi aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov &q...

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...