"İranın yeni birlik yaratmaq təklifinin əsas səbəbi İsraildir..." - ŞƏRH

"İranın yeni birlik yaratmaq təklifinin əsas səbəbi İsraildir..." - ŞƏRH

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Yaxın Şərqdə sabitliyin bərqərar olması və regional oyunçular arasında əməkdaşlığın gücləndirilməsi üçün regionda Müsəlman Qərbi Asiya Dialoqu Assosiasiyası (MWADA) adlı yeni qurumun yaradılmasını təklif edib.

 

Maraqlıdır, bu təklifin pərdəarxası məqamları nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Məhəmməd Cavad Zərifin Yaxın Şərqdə yeni təşkilatın yaradılması ideyası İsrailin gələcək planları ilə bağlıdır.

 

Onun sözlərinə görə, İranın mühafizəkar dairələri 3 müttəfiqini – “Həmas”, “Hizbullah” və Əsəd rejimini itirdikdən sonra növbəti hədəfin onlar olacağını proqnozlaşdırırlar:

 

“Tehranda və Qumda qərar verənlər bu baş verməsin deyə Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistan, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirmək istəyirlər. Nə qədər ki, “Həmas”, “Hizbullah” və Əsəd var idi, müsəlman ölkələrin birliyi Tehranın ağlına gəlmirdi, elə ki, müttəfiqlər zəiflədildi və İsrailin Baş naziri Benyamin Netahyahu “növbəti hədəfimiz İrandır” söylədi, vəziyyət qəlizləşdi. İslam Əməkdaşlıq Təşkilatı varkən, müsəlman ölkələrin yeni birliyinə nə ehtiyac var? Tehran yeni birlik formatı ilə bölgədə anti-İsrail bloku formalaşdırmaq istəyir ki, təhlükə İrana çatdıqda “birlik” üzvləri ona kömək etsin”. 

 

Ekspert vurğulayıb ki, Cavad Zərifinin birlikdə görmək istədiyi ölkələrin maraqları İranın maraqları ilə üst-üstə düşmür, bəzilərinin İsraillə dialoqu da var və bu səbəbdən onların yeni formata ehtiyacları yoxdur.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...