Əxlaqsızlığı təbliğ etdiyinə görə saxlanılan Azər Zahid barədə YENİ FAKT: Qonşuları ilə...

Əxlaqsızlığı təbliğ etdiyinə görə saxlanılan Azər Zahid barədə YENİ FAKT: Qonşuları ilə...

“TikTok” sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri davam edir.

 

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, Azər İsmayılovun təşkil etdiyi əyləncə yarışında iştirak edən şəxslərin saxlanılmasından sonra bir neçə tiktoker də saxlanılıb. Onlar da öz hesablarında cəmiyyətdə birmənalı qarşılanmayan müxtəlif hərəkətlər edərək baxış sayları ilə diqqət mərkəzinə düşməyə çalışırdılar. Artıq bu kimi əməlləri törədən bir neçə sosial şəbəkə istifadəçiləri hesablarını bağlayıb.

 

Xatırladaq ki, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində ötən gün “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri- Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir və başqa saxlanılanların da olduğu bildirilir.

 

Əldə edilən məlumata görə Azər İsmayılov bu cür yarışları daha əvvəl də Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş. Daha əvvəl də “Təkərdə şou” adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub. A.İsmayılova polis əməkdaşları tərəfindən bir neçə dəfə də xəbərdarlıq edilib. Amma bu xəbərdarlıqlara məhəl qoymayıb.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...