"Turan Tovuz"un futbolçusu əməliyyat olundu

"Turan Tovuz"un futbolçusu əməliyyat olundu

"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.

 

Tovuz təmsilçisinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.

 

İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.


OXŞAR XƏBƏRLƏR