Ukrayna BVF-dən daha 1,1 milyard dollar aldı

Ukrayna BVF-dən daha 1,1 milyard dollar aldı

Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,1 milyard dollar alıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

 

O qeyd edib ki, bu, EFF Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi çərçivəsində birgə proqramın altıncı tranşıdır.

 

“Vəsaitlər artıq Ukraynanın hesablarına daxil olub. Biz onlardan kritik büdcə xərclərini maliyyələşdirmək üçün istifadə edəcəyik”, - Şmıqal qeyd edib.

 

Bildirək ki, ümumilikdə bu proqram çərçivəsində Ukrayna artıq BVF-dən 9,8 milyard dollar alıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR