"Günah saxlanılan tiktokerlərdə deyil, onlara dəstək olan cəmiyyətdədir" - Texnobloger

"Günah saxlanılan tiktokerlərdə deyil, onlara dəstək olan cəmiyyətdədir" - Texnobloger

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sözügedən prosesdən sonra “TikTok” platformasının bağlanılması istiqamətində fikirlər səsləndirilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən texnobloger Fərid Pərdəşünas deyib ki, “TikTok”un bağlanmasını tələb etmək absurddur.

 

Onun sözlərinə görə, problem sosial şəbəkələrdə və yayımçılarda deyil, cəmiyyətdədir:

 

“İnsanlar həmin yayımçıları sevir, dəstək olurlar və onlara pul xərcləyirlər. “TikTok” canlı yayımlarında müxtəlif insanlar - fahişələr, homoseksuallar, əqli və fiziki qüsurlu şəxslər, saxta fenomenlər, işsizlər, ustalar, iş adamları və başqaları yayım edir. İnsanlar isə özlərinə yaxın olanı, maraqlandıqlarını seçir və alqoritm həmin məzmunu ön plana çıxarır. Hazırda saxlanılan heç bir yayımçını günahlandırmıram. Onlar cəmiyyətin ehtiyac duyduğu məzmunu təqdim ediblər. Fərdləri həbs etməklə və ya fəaliyyətlərini dayandırmaqla heç nəyi dəyişə bilmərik. Son saxlanılmaların səbəbi isə böyük ehtimalla onların qeyri-etik fəaliyyətləri ilə deyil, son dövrlərdə yayımlanan videolarda baş verən xuliqanlıq hadisələri ilə bağlıdır”.

 

F.Pərdəşünas qeyd etdi ki, cəmiyyəti inkişaf etdirmək istəyiriksə, yaxşı alternativlər yaratmalı, təhsilə və tərəqqiyə investisiya etməliyik:

 

“Hazırda ən böyük və ciddi problem “TikTok” istifadəçiləri arasında yaşını yuxarı göstərən çoxsaylı azyaşlıların olmasıdır. Övladlarımız bu videolar və mənfi nümunələrlə böyüyürlər və doğruları bu məzmundan öyrənməyə çalışırlar. Belə vəziyyətdə həm dövlətin, həm də hüquq-mühafizə orqanlarının işi çətinləşir. Senzura olmadan məzmunu necə məhdudlaşdırmaq olar? Təbii ki, mümkün deyil. Belə bir model yoxdur. Nəticə isə aydındır - müasir gələcəyimizi və ailə tərbiyəsini artıq sosial şəbəkələr formalaşdırır. Əgər övladının tərbiyəsini sosial şəbəkələrə əmanət edirsənsə, o zaman hər şeyin pis getməsinə hazır olmalısan”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...