Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi

Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Sfera.az xəbər verir ki, Şavkat Mirziyoyev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı yüksək səviyyədə qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə qeyd edilib, Prezident İlham Əliyevin bu il Özbəkistana dövlət səfərinin əməkdaşlığımızın daha da gücləndirilməsi işində xüsusi rol oynadığı vurğulanıb. Qeyd olunub ki, həmin səfər zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında Müqavilə ikitərəfli münasibətlərimizin ən yüksək zirvəsini nümayiş etdirib.

 

Özbəkistan Prezidenti COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb və bu mühüm tədbiri ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinin nümayişi kimi qiymətləndirib.

 

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını ifadə edərək, Şavkat Mirziyoyevin COP29-da fəal iştirakına görə bir daha təşəkkürünü bildirib.

 

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR

Tramp Putinin Zelenski ilə danışıqlar üçün şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə bildirib ki, danışıqlara ərazi güzəşti daxil olarsa Rusiya lideri Vladimir Putin sülh danışıqlarını qəbul ed...

Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi - Nevroloqdan tövsiyələr

Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı ...

Azərbaycanda içkili avtomobil idarə edən VƏZİFƏLİ ŞƏXS SAXLANILIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib..   Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir...

Nəbatat Bağında piknik yeri bağlandı - Səbəb

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.   Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya...

Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - Ünvan

Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda ...

ABŞ əhalisi siyahıya alınacaq

ABŞ Prezidenti Donald Tramp Ticarət Nazirliyinə əhalinin siyahıyaalınmasına başlamağı tapşırıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, bu barə...