Bu sahədə çalışanların da maaşı artırılacaq


Bu sahədə çalışanların da maaşı artırılacaq

Xəbər verdiyimiz kimi, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə yeni artımlar ediləcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sfera.az-a bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.

 

Sərəncama əsasən:


• 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata,

 

• 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.

 

Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

 

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.

 

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək.

 

Həmçinin, Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək.

 

Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.

 

Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...