45 dəqiqə gəzinti insanın artritdən qurtulmasına kömək edir
45 dəqiqə gəzinti insanın artritdən qurtulması prosesinə kömək edir.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bu, klinik mərkəzin aparıcı mütəxəssislərinin gəldiyi nəticədir. Tədqiqat qrupunun rəhbəri Duqlas Danlop olub.
Müşahidələrin gedişində həkimlər kişi və qadınların fiziki fəallığını təhlil ediblər. Alimlərin fikrincə, fiziki fəallıq kişi və qadınlarda ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir. Kompleks sınaqların təşəbbüskarları bildiriblər ki, yaşlı insanların 25 faizindən çoxu artriti idman gəzintisinin köməyi ilə müalicə edə biliblər.
Layihə müəllifləri bildiriblər ki, orta fiziki fəallıq dayaq-hərəkət aparatının normallaşmasına kömək edir. Məsələn, insanın idmana sərf etdiyi hətta 20 dəqiqə onun sağlamlığına müsbət təsir göstərir.