İki nəhəng avtomobil istehsalçısı BİRLƏŞİR - Səbəbkar Çindir

İki nəhəng avtomobil istehsalçısı BİRLƏŞİR - Səbəbkar Çindir

Yaponiyanın tanınmış avtomobil istehsalçılarından olan “Honda” və “Nissan” birləşmək haqqında razılığa gəliblər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, iki şirkət Tokioda birləşmə ilə bağlı keçirilən danışıqların nəticəsi olaraq müqavilə bağlayıblar. Bildirilib ki, birləşmə 2026-cı ilin avqustunda başa çatacaq.

 

Bu birləşmədən sonra yaranacaq şirkət ildə 7,4 milyon ədəd avtomobil satacaq və bu göstəriciyə görə, “Toyota” və “Wolkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil qrupunu yaradacaq.

 

Hər iki yapon şirkəti qlobal avtomobil sənayesinin daxili yanma mühərrikli avtomobillərdən akkumulyatorla işləyən elektrik avtomobillərinə və hibrid avtomobillərə sürətli keçidindən müəyyən dərəcədə zərər görüb.

 

Xüsusən ABŞ və Çində satışların azalması şirkətlərin gəlirinə mənfi təsir edib. Çinin avtomobil satışlarının artması “Honda” və “Nissan”ın bazar payının kiçilməsinə səbəb olub. Çin şirkətlərinin aqressiv rəqabət aparması, aşağı qiymətə daha çox avtomobil satışlarını həyata keçirməsi yapon şirkətlərinin gəlirini azaldıb.

 

Ağır rəqabət mühitində ayaqda qala bilmək üçün yapon şirkətləri birləşməyə məcbur qalıblar.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İntiqam Babayev yüksək vəzifəyə TƏYİN OLUNDU​​​​​​​

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin olunub.   Sfera.az xəbər verir ki, mədəniyyət naziri Adil ...

1 May Beynəlxalq Əmək Günüdür

1 May dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. Əmək hüquqlarının müdafiəsi və işçilərin həmrəyliyini simvolizə edən bu əlamətdar gün müxtəlif ölkələrdə rə...

Azərbaycanda 6 vəkilə xəbərdarlıq edildi

Vəkillər Kollegiyasının 6 üzvünə xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının rəyasət heyətinin iclasında bi...

126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.   Sfera.az xəbər verir ki, bu barə...

Bu gündən xəstəlik vərəqələri elektron formada VERİLƏCƏK

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında ...

Azərbaycanda yeni qadağa qüvvəyə mindi - Bu gündən...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   B...