Misli Premyer Liqasında matçları nə qədər azarkeş izləyib?

Misli Premyer Liqasında matçları nə qədər azarkeş izləyib?

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk yarısında 90 oyun keçirilib.

 

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.

 

İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.

 

Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir – 4411 tamaşaçı. “Neftçi” (2437) ikinci, “Sumqayıt” (2383) üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.


OXŞAR XƏBƏRLƏR

Bu oyunun hakimlər briqadasında dəyişiklik oldu

Futbol üzrə Misli Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyiş...

Qəzzada atəşkəs razılaşması qüvvəyə minəcək - BU TARİXDƏ

Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.   Sfera.az xarici mətbuata istinadən xəbər v...

İstanbulda hoteldə yanğın OLDU - ÖLƏNLƏR VAR

İstanbulda üçmərtəbəli hoteldə baş verən yanğın nəticəsində ən azı üç nəfər həlak olub.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə NTV tel...

Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü başladı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, b...

Əhali pulunun neçə faizini manatda saxlayır? - RƏQƏMLƏR

Azərbaycan banklarında əhalinin əmanətlərinin məbləği 2024-cü ilin dekabrın 1-də 14 milyard 235,6 milyon manata yüksəlib.  Sfera.az Mərkəzi Bankın məl...

Türkiyə ordusu Suriya və İraqda PKK terrorçularını zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimalında 17 PKK/YPG, İraqın şimalındakı Qara və Pençe-Kilit əməliyyatı bölgələrində isə 4 PKK terrorçusunu zərərsizləşdirib.  ...