ÜDM-də qeyri neft-qaz sektorunun payı rekord həddə çatdı - MÜQAYİSƏ

ÜDM-də qeyri neft-qaz sektorunun payı rekord həddə çatdı - MÜQAYİSƏ

2024-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı son 4 ilin rekordunu təşkil edəcək.

 

Sfera.az xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında istehsal edilən ÜDM-nin 66,5 faizi qeyri neft-qaz sahələrinin payına düşür. Yəqin ki, ilin sonunda bu nisbət bir qədər də böyüyəcək.

 

Bu ilin 11 ayında 113,28 milyard manatlıq ÜDM istehsal edilib ki, onun da 75,3 milyard manatı qeyri neft-qaz məhsullarından ibarətdir.

 

Müqayisə üçün bildirək ki, ÜDM-də qeyri neft-qaz sektorunun payı 2019-cu ildə 61,6 faiz, 2020-ci ildə 70,4 faiz, 2021-ci ildə 62 faiz, 2022-ci ildə 52,2 faiz, 2023-cü ildə 63,2 faiz olmuşdu.

 

2020-ci ildə qeyri neft-qaz sektorunun payının 70,4 faizə yüksəlməsi həmin ildə neft və qazın kəskin ucuzlaşması ilə bağlıdır.

 

Neft və qaz sektorunda istehsalın nominal dəyərinin xeyli kiçilməsi ilə əlaqədar olaraq ÜDM istehsalında qeyri neft-qaz sektorunun payı 70 faizi ötmüşdü. Amma 2024-cü ildə neft və qazın qiymətinin əlverişli olmasına baxmayaraq, qeyri-neft-qaz sektorunun ümumi iqtisadiyyatda payı son 4 ilin rekord həddinə çatacaq. Buna səbəb qeyri neft-qaz sektorunda yaradılan nominal dəyərin 8,9 faizdən çox artmasıdır.

 

ÜDM istehsalında qeyri neft-qaz sektorunun payının artması müsbət dəyişiklikdir. Bu dəyişiklik həm məşğulluğun artmasına, həm də iqtisadiyyatın xarici şoklara qarşı daha davamlı olmasına imkan verəcək.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı deputatın canlı efirdə halı pisləşdi - FOTO

Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.   Sfera.az modern.az-...

Bu oyunun hakimlər briqadasında dəyişiklik oldu

Futbol üzrə Misli Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyiş...

Qəzzada atəşkəs razılaşması qüvvəyə minəcək - BU TARİXDƏ

Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.   Sfera.az xarici mətbuata istinadən xəbər v...

İstanbulda hoteldə yanğın OLDU - ÖLƏNLƏR VAR

İstanbulda üçmərtəbəli hoteldə baş verən yanğın nəticəsində ən azı üç nəfər həlak olub.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə NTV tel...

Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü başladı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, b...

Əhali pulunun neçə faizini manatda saxlayır? - RƏQƏMLƏR

Azərbaycan banklarında əhalinin əmanətlərinin məbləği 2024-cü ilin dekabrın 1-də 14 milyard 235,6 milyon manata yüksəlib.  Sfera.az Mərkəzi Bankın məl...