Qəpiklərin maya dəyəri ilə nominal dəyəri arasındakı fərq nə qədərdir? - RƏQƏMLƏR

Qəpiklərin maya dəyəri ilə nominal dəyəri arasındakı fərq nə qədərdir? - RƏQƏMLƏR

Ölkəmizdə 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir.

 

Sfera.az bildirir ki, bunu statistik məlumatlar da təsdiqləyir.

 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2024-cü ilin ilk 10 ayı (yanvar-oktyabr) ərzində rəsmi ödəniş vasitəsi kimi 168 min 906.5  kiloqram sikkə idxal olunub. Bu idxala çəkilən xərc 2 milyon 513 min ABŞ dolları olub. Nəticədə, 1 qram sikkənin maya dəyəri orta hesabla 1.5 sent (2.55 qəpik) olub. 

 

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 1 qəpikliyin çəkisi 2.8 qram, 3 qəpikliyin çəkisi 3.45 qram, 5 qəpikliyin çəkisi 4.85 qram, 10 qəpikliyin çəkisi 5.25 qram, 20 qəpikliyin çəkisi 6.6 qram, 50 qəpikliyin çəkisi isə 7.37 qramdır.

 

Məlumatlara əsasən deyə bilərik ki, 1 qəpiklik təxminən 7.14 qəpiyə, 3 qəpiklik 8.79 qəpiyə, 5 qəpiklik 12.36 qəpiyə, 10 qəpiklik 14.02 qəpiyə, 20 qəpiklik 16.83 qəpiyə, 50 qəpiklik isə 18.79 qəpiyə başa gəlir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...