Xankəndidə Yeni il tədbirlərinə hazırlıq işləri görülür - FOTO

Xankəndidə Yeni il tədbirlərinə hazırlıq işləri görülür - FOTO

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür.

 

Sfera.az Xankəndi şəhərində 34 ildən sonra bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar da cəlb edilib.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

 

Şəhərin Zəfər meydanında şam ağacı qurulub, küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.

 

Məlumata əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində "Qış nağılı" yarmarkası keçiriləcək. Bu yarmarka azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək.


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...