"Beşmərtəbə"dən Azərbaycan prospektinə yeni hərəkət zolağı açılacaq

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün zolaq yaradıla bilər.

Bu barədə Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin zolaq ərazidəki sıxlığı aradan qaldırmaq məqsədi daşıyır:

"Bununla bağlı xronometraj aparılacaq. Yaxın vaxtlarda ərazidə sıxlığı aradan qaldırmaq üçün hərəkətdə dəyişiklik edilə bilər. Həmin ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti üzrə hərəkətdə olan avtomobillər üçün bir zolaq ayrıla bilər. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək".


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...