Colani-Fidan görüşündə nələr müzakirə olunub? - AÇIQLAMA

Colani-Fidan görüşündə nələr müzakirə olunub? - AÇIQLAMA

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın yeni hakimiyyəti ilə danışıqlar aparmaq üçün Dəməşqə səfər edib.

 

Maraqlıdır, səfər zamanı nələr müzakirə olunub?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyə ilə yeni hakimiyyət arasında təmaslar intensivləşib:

 

“Bunun əsas səbəbi rəsmi Ankaranın regionda möhkəmlənmə cəhdləridir. Ehtimal etmək olar ki, Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şaara ilə Türkiyə arasında əvvəlcədən müəyyən danışıqlar olub və razılıq əldə edilib. Bu razılığa görə, Suriyanın yeni hakimiyyətinin ölkənin terrorçulardan təmizlənməsində Türkiyəyə dəstək verməsi istisna deyil. Fidanın Suriyaya səfəri zamanı, yəqin ki, xüsusilə terrorla mübarizə məsələləri müzakirə edilib".

 

Ekspertin sözlərinə görə, bundan sonrakı mərhələdə rəsmi Ankara mümkün qədər çalışacaq ki, Suriyadakı yeni hakimiyyətə təsir imkanı çox olsun:

 

“Yeni iqtidarın Türkiyənin maraqlarına uyğun davranması Ankara üçün strateji əhəmiyyətli məsələdir. Bu xüsusda xarici işlər nazirinin Suriyaya səfəri xüsusi əhəmiyyətlidir. Perspektivdə Ankara-Dəməşq münasibətlərinin inkişafı gözləniləndir. Bu isə özünü Suriyanın tamamilə terrordan təmizlənməsində və Türkiyənin təhlükəsizliyinin təmin olunmasında göstərə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...