Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verildi - FOTOLAR

Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verildi - FOTOLAR

"Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb.

 

Bu barədə Sfera.az-a MEDİA-dan məlumat verilib.

 

Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır.

 

Bu baxımdan, onlayn kursda iştirakçılar informasiya alətlərindən doğru istifadə üçün bir sıra təməl anlayışlar və sorğulayıcı yanaşma formalaşdıran əsas sual və konsepsiyalarla tanış edilir.

 

Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı altbölmələri ehtiva edir.

 

Kurs daxilində “Media savadlılığı niyə önəmlidir?”, “İnformasiyanın istehsalçısı və istehlakçılarına yönəlmiş 5 əsas sual”, eləcə də “Saxta məlumatların aşkarlanması üçün alət və texnikalar” adlı videomateriallar, “Media savadlılığı ilə bağlı bələdçi” yer alıb.

 

Onlayn kursun media savadlılığı ilə bağlı ilkin anlayış və yanaşmaların mənimsənilməsini, bu istiqamətdə əsas konsepsiyalarla tanışlığı, informasiya qəbulu prosesində doğru sualların verilməsi vərdişinin formalaşdırılmasını hədəflədiyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

"Övladım olmasa da, həyat yoldaşımdan ayrılmaram"

"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, so...

MEDİA: Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına da...

Bu rayonda da ehsan verilməyəcək

Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat y...

Moskvada 122 illik temperatur rekordu yenilənib

Rusiya paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6°C-ə qədər qızıb və bununla 1903-cü ildəki əvvəlki maksimum geridə qoyulub. ...

Günvurma ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ

Azərbaycan ərazisində uzun sürən nisbətən sərin və rütubətli hava şəraitindən sonra son günlər tempraturun qəfil yüksəlməsi narahatlıq doğurub. Artıq bəzi ...

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.   Sfera.az&nbs...