Ukrayna savaşında KRİTİK MƏRHƏLƏ: “Trampın bu addımı NATO-nu parçalaya bilər”

Ukrayna savaşında KRİTİK MƏRHƏLƏ: “Trampın bu addımı NATO-nu parçalaya bilər”

Ötən günlərdə ABŞ Dövlət Katibi Antoni Blinken Ukraynanın müharibəni davam etdirmək, yaxud danışıqlar aparıb atəşkəsə getmək hüququnun olduğunu açıqlayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, ABŞ rəsmisinin bu mövqeyi kifayət qədər ziddiyətlidir:

 

“Bu, Kiyevi döyüş meydanında Rusiyaya təslim etməkdir. Rusiya və Ukrayna 2022-ci ilin mart və aprel ayında İstanbulda Türkiyənin vasitəçiliyi ilə danışıqlar apardı. Ortada “İstanbul razılaşması” var idi. Bu razılaşmanı hər iki tərəf qəbul etmişdi. Amma ABŞ və Böyük Britaniya Ukraynanı “İstanbul razılaşması”ndan geri çəkdilər. Bu da müharibənin davam etməsinə və danışıqlar prosesinə son verdi. Artıq Co Bayden gedərkən 1.6 milyard dollar Ukraynaya hərbi yardım ayırıb. Göründüyü kimi, Ukraynaya vaxtında lazımi hərbi yardımlar etmədən getməyə hazırlaşan Bayden administrasiyası uğursuz xarici siyasətlə tarixdə qalacaq”.

 

Ekspert bildirdi ki, Bayden administrasiyası vaxtında Rusiyanın Ukraynaya hərbi işğalının qarşısını ala bilərdi: “Həmçinin müharibənin bir ilində belə bir imkan var idi. Artıq Rusiya öz hərbi imkanlarını inkişaf etdirib, Qərbə qarşı kifayət qədər müqavimət göstərir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da faydalı olmadı. ABŞ Ukrayna müharibəsindən geri çəkilərsə, beynəlxalq müstəvidə mövqeyi zəifləyəcək. Fikrimcə, Avropa ölkələri arasında konsensus əldə olunarsa, yalnız bu şəkildə Rusiyanı Ukraynadan çıxara bilərlər. ABŞ-nin yeni prezidenti Donald Tramp isə Ukraynaya hərbi yardımları dayandırsa, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyaya qarşı yeni hərbi koalisiya qura bilər. Bunun da NATO Alyansının dağılmasına gətirib çıxarması mümkündür”.

 

Günay Rəsulqızı

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...