AYNA Bakıda bu yol nişanlarını quraşdırmağa başladı

AYNA Bakıda bu yol nişanlarını quraşdırmağa başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırıb.

 

Sfera.az bu barədə AYNA-ya istinadən xəbər verir.

 

Beləliklə, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

 

Məlumata görə, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib. Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır.

 

AYNA hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağıraraq, bildirib ki, mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...