Azərbaycanda yol qəzalarında 344 nəfər ÖLDÜ - Sürücülərə ÇAĞIRIŞ!

Azərbaycanda yol qəzalarında 344 nəfər ÖLDÜ - Sürücülərə ÇAĞIRIŞ!

Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb.

 

Qurumdan bildirilib ki, qeydə alınan göstəricilərə əsasən, yolda müəyyən edilmiş sürət həddinin aşılması yenə də sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntusudur:

 

“Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında vurğulanıb ki, hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmiş sürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sonda ağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəmin yarada bilər.

 

“Bir daha yüksək sürətin ağır faciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayram günlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkət iştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırırıq”, - qurum yekunlaşdırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...

Qızıl ucuzlaşıb - VİDEO

Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 3500 dollardan 3300 dollara düşüb.   Sfera.az-ın məlumatına görə, qiymət azalması yerli bazar...