Şəkər saç tökülməsini müalicə edə bilər - Yeni TƏDQİQAT


Şəkər saç tökülməsini müalicə edə bilər - Yeni TƏDQİQAT

Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, şəkər bütün dünyada kişi və qadınlarda saç tökülməsinin ən çox yayılmış səbəblərindən biri olan irsi saç tökülməsini müalicə etməyə kömək edir.

 

Sfera.az xəbər verir ki, bu barədə tədqiqat "Frontiers in Pharmacology" (FP) jurnalında dərc olunub.
 

Kişi tipi keçəllik və ya androgenetik alopesiya əhalinin 40%-ni təsir edir. Bu günə qədər bu problemi müalicə etmək üçün yalnız iki dərman təsdiq edilib; minoksidil və finasterid. Ancaq minoksidil hər kəsə kömək etmir və finasterid ciddi yan təsirlərə səbəb olur.
 

Dezoksiriboza orqanizmdə təbii olaraq mövcud olan və DNT-nin formalaşmasında mühüm rol oynayan şəkərdir. Təcrübələr zamanı məlum olub ki, siçanların yaralarına tətbiq edildikdə tüklər daha tez sağalır.
 

Bu müşahidə alimləri araşdırmalarını davam etdirməyə ruhlandırıb və onlar daha sonra testosteron səviyyəsinin artması nəticəsində yaranan keçəllikdən əziyyət çəkən siçanlar üzərində təcrübə aparıblar. Keçəllik bölgələrinə gündəlik olaraq deoksiribozlu bir gel tətbiq olunub və bir neçə həftədən sonra saçların tam bərpası qeyd edilib və saçın özü daha qalın və uzun olub. Eyni zamanda, yeni gelin mövcud dərmanlardan heç də az təsirli olmadığı ortaya çıxıb.
 

"Araşdırmamız göstərir ki, saç tökülməsinin həlli düşündüyümüzdən daha sadə ola bilər", - tədqiqatın müəlliflərindən biri olan mühəndis Şeyla MakNeil bildirib. "Saç follikullarına qan tədarükünü yaxşılaşdırmaq və saç böyüməsini stimullaşdırmaq üçün deoksiribozdan istifadə etmək kifayətdir"Ş- o əlavə edib.
 

Bununla belə, elm adamları bunun başlanğıc olduğunu və deoksiribozanın insanlarda saç tökülməsini müalicə etmək üçün necə istifadə oluna biləcəyini daha yaxşı başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

İnci


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...