Keçmiş futbolçu demək olar ki, bir ton kokainlə saxlanıldı - TƏFƏRRÜATLAR
İspaniyada polis “Atletik Bilbao”nun keçmiş futbolçusu Çutsi kimi tanınan Xesus Emilio Dias de Mieranı saxlayıb.
Sfera.az bildirir ki, Xesus Emilio Diaz de Miera doqquz il polisdən gizlənib. O, adi sənədlərin yoxlanılması zamanı təsadüfən saxlanılıb.
Keçmiş mərkəz müdafiəçisi narkotik qaçaqmalçılığında ittiham olunub.
İş materiallarına görə, 2009-cu ildə Çutsi keçmiş futbolçular Karlos de la Veqa və Predraq Stankoviç də daxil olmaqla cinayət ortaqları ilə birlikdə Argentinadan Valensiya limanına 950 kiloqram kokain gətirib. Narkotiklərin həmin vaxt qara bazarda dəyəri 32 milyon avrodan çox olub.
2014-cü ildə Xesus de Miera 9 il həbs cəzasına məhkum edilsə də, cəzadan yayınmaq üçün o qaçıb.
Məlumata görə, həbs adi polis yoxlaması zamanı Cutsi polisə saxta şəxsiyyət təqdim etməyə cəhd edərkən baş verib. Lakin o, müəyyən edilib və hökmə uyğun olaraq həbsxanaya yerləşdirilib.
Qeyd edək ki, Çutsinin peşəkar futbolçu karyerası 1990-cı ildə "Atletik Bilbao"da başlayıb. O, “Lleida” və “Badajoz” komandalarında çıxış edib, 11 mövsüm ərzində 304 oyuna çıxıb. Xesus de Miera 2005-ci ildə 32 yaşında həvəskar "Sanqonera Atletiko" klubunda oynadıqdan sonra futboldan ayrılıb.
Aysel