ABŞ Suriyadakı əsgər sayını 2 dəfədən çox ARTIRDI - RƏSMİ
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada təxminən 2 min əsgərinin olduğunu açıqlayıb. Bu, əvvəllər bildirilən 900 əsgərdən iki dəfə çoxdur.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin general-mayoru Pat Rayder jurnalistlərə açıqlamasında əsgər sayının artırılmasına belə aydınlıq gətirib:
“Mətbuat konfranslarında müntəzəm olaraq Suriyada təxminən 900 ABŞ əsgərinin olduğunu bildirirdik. Ancaq vəziyyət və bölgədəki inkişafın böyüklüyünü nəzərə alaraq, əsgər sayını artırdıq”.
Rayder əlavə 1100 əsgəri "müvəqqəti əvəzedici qüvvələr" kimi təsnif edib. Onun sözlərinə görə, əvəzedici əsgərlər 30 ilə 90 gün arasında Suriyada xidmət göstərəcək.
Əsgəri heyətdə bu cür dəyişikliklərin adi hal olduğunu bildirən Rayder, dekabrın 8-də Suriya prezidenti Bəşər Əsəd rejiminin süqutundan əvvəl bölgəyə əlavə qüvvələrin yerləşdirildiyini vurğulayıb.
Vasif
Sfera.az