Həyat yoldaşı Bəşər Əsəddən BOŞANIR
Media
14:13 / 20.12.2024
4420
Suriyanın devrilmiş lideri Bəşər Əsədə daha bir zərbə də həyat yoldaşından gəlib.
Sfera.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanında çıxan “Slaati” qəzetində xəbər dərc olunub. İddialara görə, Rusiyaya qaçan Britaniya əsilli Əsma Əsəd 24 illik həyat yoldaşı Bəşər Əsəddən boşanmaq üçün ərizə verib.
Məlumata görə, Londonda məskunlaşmaq istəyən Əsma Esad Rusiya məhkəməsinə müraciət edərək Moskvadan çıxmaq üçün xüsusi icazə istəyib. Bildirilib ki, 1975-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olan Əsma Fəvvaz Əsəd Moskvadakı həyat şəraitindən razı qalmadığı üçün bu qərarı verib.
Qeyd olunub ki, Əsma Əsədin ərizəsi Rusiya hakimiyyəti tərəfindən nəzərdən keçirilir.
Günay