Prezident İran səfirliyində olub
15:33 / 10.01.2017
1578
Prezident İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının ölkədəki səfirliyində olub.
Sfera.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı İran İslam Respublikasının keçmiş Prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.