ABŞ-də quş qripinə yoluxma qeydə ALINDI

ABŞ-də 65 yaşdan yuxarı, xroniki səhhətində problem olan şəxs quş qripinə yoluxaraq panikaya səbəb olub.
Sfera.az bildirir ki, quş qripi epidemiyası Kaliforniya səlahiyyətlilərini də narahat edib. Belə ki, Kaliforniya qubernatoru Qevin Nyusom sağlamlıq riskləri səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. ABŞ-nin Luiziana ştatında yaşayan bir şəxsin quş qripi səbəbilə xəstəxanaya yerləşdirildiyi bildirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasına görə, yaşı 65-dən yuxarı olan və xroniki sağlamlıq problemləri olan xəstə virusa yoluxduqdan sonra nəfəs almaqda çətinlik çəkir.
Xəstənin evinin həyətyanı sahəsindəki ev quşlarından virusa tutulduğu vurğulanıb. Bildirilib ki, daha əvvəl ABŞ və Kanadada insanlara keçən “D1.1” tipli virusu aşkarlanıb. Son hadisə ABŞ-də insanlarda müşahidə edilən ilk ciddi quş qripi hadisəsi kimi qeydə alınıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi aprel ayından bəri quş qripinə 61 nəfərin yoluxduğunu, əksəriyyətinin heyvan fermalarında çalışan işçilər olduğunu müəyyən edib. Lakin faktların yüngül olduğu açıqlanıb.
Türkan