Tovuzdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır - RƏSMİ

Tovuzdakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır - RƏSMİ

Tovuzda şagirdlər tüstüdən zəhərlənib.

 
Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. 

 

"Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır",- qurumdan bildirilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR