Ölən blogerin anasından AÇIQLAMA: "Əməliyyatdan sonra halı pisləşdi, həkimi isə..." - SƏS YAZISI

Ölən blogerin anasından AÇIQLAMA: "Əməliyyatdan sonra halı pisləşdi, həkimi isə..." - SƏS YAZISI

Plastik əməliyyat etdirən 2001-ci il təvəllüdlü bloger Nərmin Bəylər qızı İsgəndərova dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O, N.İsgəndərovanı əməliyyat edən plastik-cərrahın adını və klinikanı açıqlayıb:

 

"Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan "Mərcan" Klinikasında baş verib. Nərminin anasının dediyinə görə, qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib. Nərminin anası Şahnaz Mehdiyeva hadisənin təfərrüatlarını açıqlayıb. Nurlan Həsənlinin Azərbaycan Tibb Universitetinin məzunu olmadığı, Rusiyada təhsil aldığını iddia etdiyi bildirilir. Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Comment yazanlar, diqqətli olun. Əməliyyat etmək hər kəsin haqqı və seçimidir. Siz, əməliyyata haqqı olmayan həkimi sorğulayın".

 

Q.Ataşova Nərminin anasının səsyazısını yayıb.

 

"Həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb".(Unikal)

 


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...