AAYDA gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

AAYDA gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qış fəsli ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

 

Sfera.az bu barədə agentliyə istinadən xəbər verir.

 

Məlumata görə, Bakıda Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb.

 

Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

 

Agentliyin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atdığı addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər.

 

Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

 

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...