Bakı metrosunda İLK - Dəmir...

Bakı metrosunda İLK - Dəmir...

Bakı metropolitenində ilk dəfə “İçərişəhər” stansiyasında qatarların hərəkəti məhdulaşdırılmadan gödək ağac şpalların əvəzinə dəmir-beton bloklar qoyulub.

 

Sfera.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “İçərişəhər” stansiyasının qatarların qəbul edilib yola salındığı baş yolunda yararsız gödək ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasına 2022-ci il may ayının 27-də başlanılıb.

 

Əvvəlcə stansiya yolunun təməl qatı öyrənilərək yeni tipli yol infrastrukturunun qurulması şəraiti qiymətləndirilib. Bu qiymətləndirmə əsasında tətbiq ediləcək yenilik zamanı özül qatda görüləcək işlər müəyyən olunub. Yeni tipli yol quruculuğu metropolitendə yararsız ağac şpalların dəyişdirilməsi prinsiplərinə uyğun qurulub.

 

Dəmir-beton blokların qurulması texnlogiyalarına uyğun olaraq, hər çıxarılan gödək ağac şpalın əvvəlcə təməl qatında müvafiq düzləndirmə və yol betonu ilə sərt özül betonunun əlaqələndirilməsi işləri yerinə yetirilib. Daha sonra normativ tələblərə uyğun olaraq, dəmir-beton bloklar qoyularaq betonlanıb. Bu proses betonun quruması və qatarların hərəkətinin təsirlərinin öyrənilməsi şəraitində davam etdirilib. İki ilə yaxın müddət ərzində stansiya yollarında 324 yararsız və istismar müddətini başa vurmuş gödək ağac şpal dəmir-beton blokla əvəzlənib.

 

“İçərişəhər” stansiyasında başa çatdırılmış işlər metropolitenin özünün istehsalı olan məhsulların daha geniş miqyasda tətbiqinə yol açması ilə əlamətdardır. Bununla 2017-ci ildə “Bakı Metropoliteni" QSC-də Almaniyanın “Vollert” şirkətindən alınmış dünya standartlarına cavab verən avadanlıqlar əsasında yaradılmış istehsal sahəsinin məhsulu olan dəmir-beton blokların tətbiqinə daha böyük imkanlar yaradılıb.

 

Metro yollarında istifadəsi genişlənməkdə olan dəmir-beton bloklar mövcud ağac şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. İlk növbədə qeyd olunmalıdır ki, dəmir-beton bloklar ölkə xaricindən asılılığı aradan qaldırır. Həmçinin daha baha başa gələn ağac şpalların alınması, ölkəyə gətirilməsi üçün yol, gömrük və s. məsrəflər də olmur. İstismar müddəti ağac şpaldan ən azı 2-3 dəfə çox, 50 il olan dəmir-beton bloklara qulluq və xidmət də bir neçə dəfə azdır. “İçərişəhər” kimi tarixi tikililərin olduğu ərazidə dəmir-beton blokların gətirdiyi daha bir üstünlük də var. Bununla qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının daha az olması da qala divarları kimi tikililərin mühafizəsi baxımından da əhəmiyyət kəsb edir.
Dəmir-beton blokların quraşdırılması “Vollert Rheda” sistemli yolun üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri və digərlərinin istifadə edilməsi texnoloji yeniliklərin tətbiqi ilə tamamlanıb.

 

Dəmir-beton bloklar “Nərimanov” elektrik deposunda yaradılan qatarların sınaq yolunda, əsaslı təmir işləri aparılarkən “Xətai” və “Cəfər Cabbarlı”, həmçinin COVID-19 pandemiyası dövründə metropolitendə sərnişindaşıma fəaliyyətinə tam məhdudiyyət qoyulduğu vaxt “Elmlər Akademiyası” stansiya yollarında tətbiq edilib. Tunellərə gəlincə, metropoliten tarixində ilk dəfə istismarda olan tunel yolu kimi “Cəfər Cabbarlı-Xətai” mənzilinin 500 metrlik hissəsində qoyulub. Yeni inşa olunan sahələrdə - Bənövşəyi xəttin tunel və stansiya yollarında da 2017-ci ildən dəmir-beton bloklardan istifadə olunur. Bu xüsusda “8 Noyabr”, hazırda inşa edilən “B-04” stansiya yolları ilə yanaşı, “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-8 Noyabr” və “8 Noyabr-B-04” mənzillərinin tunel yollarında da tətbiq edilib.
Yaxın vaxtlarda digər stansiyaların baş yollarında da mərhələli şəkildə yeni tipli yol quruculuğuna başlanılacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...