Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq - RƏSMİ

Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq - RƏSMİ

“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər. 

 

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

 

O qeyd etdi ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:

 

“Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək”.

 

Millət vəkilinin sözlərinə görə, bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər: 

 

“Yeni dəyişiklikdən sonra turistlərin tibbi xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu, eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər. Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...