Bu peşə sahibləri Altsheymer xəstəliyinə tutulmurlar - TƏDQİQAT


Bu peşə sahibləri Altsheymer xəstəliyinə tutulmurlar - TƏDQİQAT

Altsheymer xəstəliyi, xüsusilə yaşlı insanları təsirləndirən ciddi bir ictimai sağlamlıq problemi olaraq qalır.
 

Sfera.az xəbər verir ki, Almaniyada təxminən iki milyon insan bu xəstəlikdən əziyyət çəkir və hər il 400 mindən çox yeni hadisə qeydə alınır. Mütəxəssislər, xəstəlikdən qorunmaq üçün sağlam həyat tərzinin və zehni fəaliyyətlərin vacibliyinə diqqət çəkirlər. Edilən bir araşdırma, xüsusilə taksi və təcili yardım sürücülərinin Altsheymerdən ölüm nisbətlərinin digər peşələrlə müqayisədə daha aşağı olduğunu göstərib.
 

9 milyon ölüm araşdırılıb
 

ABŞ mərkəzli BMJ tibb jurnalında dərc olunan araşdırma çərçivəsində 2020-2022-ci illər arasında təxminən doqquz milyon yetkinin ölümü təhlil edilib. ABŞ-də aparılan bu araşdırmada 440-dan çox peşə qrupu qiymətləndirilib. Nəticələrə əsasən, taksi və təcili yardım sürücülərinin Altsheymer səbəbilə ölüm nisbətləri digər peşə qruplarına nisbətən nəzərəçarpacaq dərəcədə aşağı olduğu bəlli olub.
 

Araşdırmaçılar, bu vəziyyətin beyindəki Hippokampus adlı bir hissə ilə əlaqəli ola biləcəyini düşünürlər. Hippokampus, beyində məkan və istiqamət tapma kimi koqnitiv funksiyaları idarə edən bir hissədir. Məsələn, Londondakı taksi sürücülərinin Hippokampuslarının ümumi əhali ilə müqayisədə daha böyük olduğu elmi olaraq sübut edilib. Eyni zamanda Altsheymerin inkişafında kritik rol oynayan bu hissə tez-tez istifadə edildikdə güclənə bilir. Bu, peşələrin Altsheymerdən ölüm nisbətinə təsiri ilə bağlı yeni ipucları təqdim edir.
 

Nəticələr hələ dəqiq deyil
 

Bununla belə, araşdırmaçılar nəticələrin hələ qəti olmadığını bildirirlər. Altsheymerə meylli insanların adətən bu cür çətin peşələrə yönəlməməsi və ya peşədə uzun müddət qalmaması da başqa bir mümkün izah olaraq irəli sürülür. Araşdırmanın müəllifləri məkandan asılı bacarıqlarının Altsheymerdən qorunmada təsirini dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
 

“Nəticələri qəti dəlil kimi deyil, bir hipotez olaraq qiymətləndirmək lazımdır,” - deyən araşdırmaçılar, Altsheymer ilə peşə arasındakı əlaqənin daha ətraflı şəkildə öyrənilməsinin zəruri olduğunu qeyd edirlər.

İnci


OXŞAR XƏBƏRLƏR

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...