Rusiyada sərnişin və yük qatarları toqquşdu


Rusiyada sərnişin və yük qatarları toqquşdu

Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

 

Sfera.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

 

"İlkin məlumata görə, bu gün Murmansk - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub", - məlumatda qeyd olunub.

 

Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.

 

Bildirilib ki, bütün halların araşdırılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üçün Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova hadisə yerinə gedib.

 

RJD şirkətindən bildirilib ki, ilkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. Həmin ərazidə hərəkət dayandırılıb.(Report)


OXŞAR XƏBƏRLƏR

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...

“Növbəti pandemiya artıq aramızdadır” - Quammendən xəbərdarlıq

Dünyanı sarsıdan COVİD-19 pandemiyasının yaranacağını illər əvvəl proqnozlaşdıra bilən tanınmış elmi yazıçı David Quammen növbəti pandemiya ilə bağlı ciddi xəbə...

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Sfe...