Zelenski Qərbi və NATO-nu siyasi iradəsizlikdə İTTİHAM ETDİ - Nəyə arxayındır?

Zelenski Qərbi və NATO-nu siyasi iradəsizlikdə İTTİHAM ETDİ - Nəyə arxayındır?

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb. O, bu barədə Birgə Ekspedisiya Qüvvələrinə üzv ölkələrin sammitində videomüraciət zamanı deyib. Zelenski ölkəsinin tərəfdaşlarını NATO-ya dəvət əvəzinə vəd edilən hava hücumundan müdafiə sistemlərini verməyə çağırıb. Onun sözlərinə görə, Ukraynaya artıq ona verilən sistemlərdən əlavə, 12-15 hava hücumundan müdafiə sistemi lazımdır: “Bu, real məqsəddir. Buna nail olmaq üçün yalnız Qərbin siyasi iradəsi lazımdır”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Zelenskinin açıqlamasında diqqət çəkən bir neçə məqam var:

 

“Onun dediklərindən belə məlum olur ki, Alyans hələ Ukraynanın üzvlüyü barədə düşünmür. Üstəlik, Zelenski də bu məsələnin ən azı yaxın gələcək üçün real olmadığını anlayır. Ona görə də bunun əvəzinə alternativ vədlərin yerinə yetirilməsini gündəmə gətirir.  Həmçinin görünən odur ki, bu gün rəsmi Kiyev üçün hava hücumundan müdafiə sistemləri daha əhəmiyyətlidir, nəinki Alyansa üzvlük. Bu, Ukraynanın daha realist mövqeyinin təzahürüdür”.

 

Şərhçi qeyd etdi ki, Ukrayna prezidenti bu fikirləri səsləndirməklə faktiki olaraq NATO-nu vədini yerinə yetirməməkdə ittiham edib:

 

“Bu, ikitərəfli münasibətlərin gərgin olduğunu göstərir. Nəhayət, Zelenski Qərbi siyasi iradəli olmağa səsləyib. Əslində bu, indi Qərbdən asılı vəziyyətdə olduğu bir vaxtda rəsmi Kiyev üçün cəsarətli addımdır. Maraqlıdır, Zelenski nəyə arxayındır ki, Qərbi və NATO-nu tənqid edir? Yəqin ki, bu sualın cavabını proseslərin inkişafı və gələcək hadisələr göstərəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...

Kamaləddin Qafarov: “Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir”

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişa...

Avro ucuzlaşdı, bu valyuta isə bahalaşdı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az xəbər verir ki, 2025-ci il aprelin 30-da ABŞ dollarının məzənnəsi ...