Suriyanın Müdafiə Nazirliyi yenidən təşkil ediləcək

Dünya
15:54 / 17.12.2024
2212
Suriyanın yeni rəhbərliyi ölkənin Müdafiə Nazirliyini yenidən təşkil etmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalına Suriyanın keçid hökumətinin rəhbəri Məhəmməd əl-Bəşir açıqlayıb.
Onun sözlərinə görə, nazirliyin ştatına hakimiyyətə gələn müxalif qruplaşmanın döyüşçüləri, eləcə də devrilmiş rejimin fərari zabitləri daxil ediləcək.