Aynişandan azərbaycanlıların "O ses Türkiye"dən çıxarılması barədə ŞOK AÇIQLAMA: "Bizi gizli otağa salıb..."

Aynişandan azərbaycanlıların
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva "O Ses Türkiye" yarışmasında azərbaycanlı iştirakçıların müsabiqədən uzaqlaşdırılmasından danışıb.

BiG.AZ xəbər verir ki, onun sözlərinə görə, təşkilatçılar şübhəli hərəkətlər edib:

"İndi isə gərçəkləri bir də məndən eşidin. Ötən il sözügedən müsabiqəyə qatıldığımda ilk tur çox səs-küyə səbəb oldu. 4 videom 1 həftə ərzində 1 milyon izlənməyə çatan kimi "Youtube"-dan silindi. Mən o zaman şübhələnmişdim. Çünki öz türk iştirakçılarının videosu mənimkindən də çox izləndiyi halda silinməmişdi. Sonra ikinci dəfə səhnəyə çıxma şansı vermədən balaca otaqda bizi yarışmadan uzaqlaşdırdılar. İlk turdan keçməyimizin bir mənası qalmamışdı. Çünki mahnı və səhnə yox idi. Orada məndən qat-qat güclü ifaçılar və bu yarışmanın mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim. Sadəcə təşəkkür etdim. Amma builki hərəkətləri heç bir vicdana sığmır.

Mən Zülfü Əsədzadə ilə bərabər yarışmanın ikinci, yəni qapalı keçirilən turuna qatıldım. Bizə Zülfü, İlham, Gülşən, daha bir azərbaycanlı xanım və iki türkün bir qrupa düşdüyünü dedilər. Bunun bir qurma olduğunu dərhal anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq "ələmə"sini məhz azərbaycanlıları uzaqlaşdırmaq üçün yaradıblar. Çünki dünyada yayımlanan heç bir "The Voice" yarışmasında bu qanun yoxdur. Bu, qeyri-qanunidir! Elnur qalib olandan sonra bu uzaqlaşdırma turuna başladılar. Gökhan və Hakan qardaşları 4 azərbaycanlı iştirakçını yarışmadan kənarlaşdırdı. Halbuki bu il məhz bu azərbaycanlılardan üçü o yarışmada furor etmişdi. Bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilib və üzə düşüb turlardan keçirtmək məcburiyyəti olacaq. SMS səsverməsinə gəlib çatsa, azərbaycanlılar onları birinci edəcəklər! Məncə səbəb budur. Bizi artıq o yarışmada istəmirlər. Uşaqların ifasının möhtəşəmliyini heç kim görməsin deyə otaqda oxuduqlarını da yayınlamayacaqlar. Əziz xalqımız bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırılıb! Güclü olaraq oranı tərk ediblər! Var olsun, istedadlarımız!".

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Rusiya GƏRGİNLİYİ: Əsas səbəb Zəngəzur dəhlizidir? - CNN Türk

"CNN Türk" kanalında son dövrlərdə Azərbaycan - Rusiya arasındakı gərginlik və gərginliyin səbəbləri müzakirə olunub.  Səbəb Zəngəzur dəhlizidir...

Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.   Sfera.az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində kon...

Gəncədə 1 yaşlı uşaq vəfat edib

Gəncədə 1 yaşlı uşaq xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Şəmkir rayon sakini 2024-cü il təvəllüdlü A. Məhərrəmov Gəncə şəhərində yerlə...

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Təəssüf ki, bizim Prezident Administrasiyasında Sankt-Peterburq və Volqaboyundan kənarda heç nə görməyən və yalnız iqtisadiyyat üçün olduqlarını düşünən adamlar...

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...