“Bəzən səbrimi saxlaya bilmirəm” - Qurbanov komandanın yenilənməsindən DANIŞDI + VİDEO

“Bəzən səbrimi saxlaya bilmirəm” - Qurbanov komandanın yenilənməsindən DANIŞDI + VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandasının heyətinin yenilənməyə ehtiyacı olduğu ilə bağlı sualı cavablayıb.

 

Sfera.az xəbər verir ki, təcrübəli çalışdırıcı bəzi futbolçuların artıq yorulduğu ilə bağlı deyilənlərdən danışıb. 

 

O bu cür halların futbolda baş verdiyini bildirib: “Bu, futbolda rast gəlinən təcrübədir. Uğurdan deyil, uzun illərin yorğunluğu olur. Hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur. Yenilənməyə gəlincə, biz futbolçuların gəlməsinə çalışırıq, yeni oyunçuların olmasına can atırıq. Yaşlı futbolçulara gəlincə, onlar bəzən digərlərinə nümunə olur. Bizim komandada Ansi Aqolli var idi. Onun bir dəfə olsun istəksiz məşqə çıxdığını görmədim. İndiki heyətdə Abdullah Zubiri misal çəkmək olar. 6 ildir ki, komandadadır, heç zaman intizamsızlıq etməyib. Aşağı motivasiya ilə məşq etsin. Ona görə də “Qarabağ”ın əvəzedilməz oyunçusuna çevrilib. Riçard Almeydanı da daim misal çəkmişəm. Bu cür yaşlı futbolçular motivasiyadır.

 

Digərləri onlara baxıb utanırlar. Bu gün desəm ki, futbolçuların hamısın dəyişməliyik, yanlış olar. Bəzən hansısa oyunçu bir matçda formasından uzaq olur, bu da normaldır. Bu həmin oyunçulardır ki, ötən il, ondan qabaqkı il böyük klublara qarşı yaxşı mübarizə aparıblar, cəsarətli oyun göstəriblər. İlboyu eyni şeyləri təkrarlamaq futbolçuları yora bilər. Bir neçə turnirdə mübarizə aparırıq və daim eyni səviyyədə qalmaq mümkün deyil.

 

Nə gizlədim, bəzən özümdə də bu cür yorğunluq olur. Özümü istədiyim kimi oyuna motivasiya edə bilmirəm. Siz məni daimi təmkinli görmüsüz, amma bəzən mən də səbrimi saxlaya bilmirəm. Bunlar hamısı yorğunluqdan irəli gəlir. Bu bizim işimizin bir hissəsidir və buna alışmalıyıq. Bəzən bir-iki illik uğursuzluqdan sonra növbəti illərdə daha böyük uğurlar qazanırıq. Hər il eyni uğuru əldə etmək çətindir”. 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...